Azərbaycandakı hotellərə ulduzlar Avropa standartları ilə veriləcək


Digərləri 09 Yan 2019 15:33:18 214 0

Azərbaycandakı hotellərə ulduzlar Avropa standartları ilə veriləcək

Azərbaycanda hotellərin ulduz alması prosesi könüllüdür, onun məcburi olması hazırda gündəmdə deyil.

Son.az bildirir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadənin sözlərinə görə, hotellərin təsnifatlaşdırılması prosesi könüllü olsa da, ulduz almaq günün tələbi olacaq:

"Ulduzu olmayan bir hotelin müştərisi də az olacaq. Turist hoteldən yer sifariş edəndə ulduza fikir verir".