Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir (FOTO)


Digərləri 09 Yan 2019 14:39:00 293 0

Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir (FOTO)

Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Bakı. Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Suraxanı rayonunda da daşıyıcı qaz kəmərlərinin yenidənqurulması istiqamətində işlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Yeni Günəşli qəsəbəsinin A, B və D yaşayış massivləri, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə diametri 110, 160, 250, 280 və 315 mm-lik polietilen borularla 5300 metr qaz xəttinin çəkilməsi işlərinə başlanılıb. Hal hazırda qaz xəttinin 4900 metr hissəsi çəkilib, 22 ədəd qaz siyirtməsi quraşdırılıb.