Bakıda keçmiş baldızını öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi


Digərləri 09 Yan 2019 12:37:00 417 0

Bakıda keçmiş baldızını öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində keçmiş baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovunbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Təhməzovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.