Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yanayana gedir VİDEO


Dünya 09 Yan 2019 12:25:00 233 0

Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yanayana gedir  VİDEO

Sakit okeanda göyərtəsində 3800 ədəd avtomobil olan gəmidə yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 198 metrlik "Sincerity Ace" gəmisi avtomobilləri Yaponiyadan Havay adalarına aparırdı.

Hadisə nəticəsində 21 ekipaj üzvündən 16-sı xilas edilib, 4-ü ölüb, biri isə itkin düşüb.

"Nissan" konserni gəmidə bu markalı 3500 ədəd avtomobilin olduğunu təsdiq edib. Yüklərin vəziyyəti barədə məlumat verilmir.