Özündən 30 yaş kiçik qadınla evləndi,


Digərləri 09 Yan 2019 11:06:00 211 0

Özündən 30 yaş kiçik qadınla evləndi,

Yeni Zelandiya vətəndaşı, 64 yaşlı Piter və Hollandiya vətəndaşı, 34 yaşlı Miriam artıq 12 ildir ki, köçəri həyat yaşayırlar. Onlar ailə qurandan az sonra evlərini satıblar, hələ də bitməyən səyahətə çıxıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Miriamın dediyinə görə, Piterlə tanış olanda 22 yaşı vardı.

"12 il əvvəl baş verdi bu hadisə. Hindistanda səyahətdə idim. Piterlə tanış oldum. Mənə aşiq oldu, mən də ona vuruldum. Aramızdakı yaş fərqi də qətiyyən problem deyil", - Miriam söyləyib.

Yeniyetməlik illərində idmanla çox fəal məşğul olduğunu vurğulayan Miriam əri ilə tanış olandan bəri səyahətdədir.

Vaxtilə müəllim işləmiş Miriamın sözlərinə görə, evlərini 40 min funt-sterlinqə satandan sonra köçəri həyat sürməyə başlayıblar.

Piterlə Miriam hazırda Bolqarıstanın cənub-şərqindədirlər. Onlar Rodopi dağlarında çadır qurublar.

Pitersə əvvəllər universitetdə dərs deyib, ekologiya elmləri üzrə elmlər doktoru olub.


Xəbərə aid fotolar