"Qocalar evindəki qadının bizə aidiyyəti yoxdur"


Digərləri 09 Yan 2019 10:53:00 241 0

"Qocalar evindəki qadının bizə aidiyyəti yoxdur"

Əfsanəvi müğənni, mərhum xalq artisti Oqtay Ağayevin bacısı Ofeliya Ağayeva "Xalq artistinin bacısı qocalar evində yaşayırmış" başlıqlı yazıya reaksiya verib.

Son.az xəbər verir ki, bu gün "ölkə.az"ın redaksiyasına gələn O.Ağayeva bildirib ki, sözügedən materialda Oqtay Ağayevin bacısı olduğunu deyən şəxs - Zemfira Səfərovayla onları heç nə bağlamır:

"Mən Oqtay Ağayevin bacısıyam. Atam Ağayev Cəfər Bəhram oğlu, anam Ağayeva (Həsənova) Həlimə Ələkbər qızıdır. Bu gün şəxsən mən və Oqtay Ağayevin yeganə nəvəsi olan Afaq Ağayeva ilə Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə getdik, Zemfira xanımla tanış olduq. Ondan doğum tarixini soruşanda məlum oldu ki, 1949-cu ildə anadan olub. Bildirmək istəyirəm ki, biz 1941-51-ci illərdə atamın işi ilə əlaqədar Şamaxıda yaşamışıq. Bu sualları ona verəndə müəssisənin rəhbəri də yanımızda idi. O qadın məndən üzr istədi. Həm də nə rəsmi olaraq bizim bacımız deyil, nə də zahiri oxşarlığımız yoxdur. Yəni, həmin şəxsin bizə aidiyyəti yoxdur"..

Qeyd edək ki, Bilgəh qəsəbəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan Z.Səfərova adlı qadın əməkdaşımızla söhbətində O.Ağayevin bacısı olduğunu demişdi:


Xəbərə aid fotolar