Atasını döyüşdə itirən oğlanın kar doğulan övladı üçün ölüm savaşı FOTO


Digərləri 09 Yan 2019 10:39:00 450 0

Atasını döyüşdə itirən oğlanın kar doğulan övladı üçün ölüm savaşı  FOTO

Son.az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (6-cı say) təqdim edir:

İndi sənin dövranındır

İdman filmlərinin ssenariləri hamısı bir-birinə bənzəyir. Standart olaraq zəif idmançının sonda güclənib, 7-ci saniyədə döşəmədən qalxıb, rəqibini nokaut etməsi ilə bitir.

"Krid" filminin ssenarisi də belədir. Amma kinoda idmançının şəxsi həyatının əks olunması, ailə qurması, övladının dünyaya gəlməsi, anası ilə münasibətlər filmi daha maraqlı edib.

Əfsanəvi "Rokki" filmlərinin davamı olan "Krid" kinosunun əcnəbi filmləri dəyərləndirmək baxımından yaxşı seçim olduğunu düşünürəm. Çünki filmin əvvəlki hissələri illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilir, obrazları sevilir.

Elə bu filmə də maraq qatan məşhur Rokki Balboa obrazıdır. Bu obrazı canlandıran Silvester Stallone sayəsində "Krid" filmi də xeyli izləyici kütləsi əldə edib. Hətta 2015-ci ildə çəkilən "Krid 1" uğurlu alındığına görə, 3 il sonra yenidən "Krid 2" çəkilib.

"Krid 2" "Rokki" filmlərinin davamıdır. Ssenarilər bir-biri ilə əlaqəli olsa da, əvvəlki filmlərə baxmadan da mövzunu anlamaq mümkündür.

Rokki filmlərinin sonuncusu 2006-cı ildə çəkilib. 2015-ci ildə rejisssor Rayan Kuqler əfsanəvi Rokki obrazına yenidən həyat verib. Rokki "Krid" filminin birinci hissəsində illər əvvəl döyüşdə öldürülən Apollo Kridin oğluna dərs keçib, onun ən ağır çəkili dünya çempionu olmasına kömək edib.

Filmdə Kridin oğlu olan Adonis obrazını aktyor Maykl B. Cordan canlandırıb. Birinci filmdə musiqiçi qıza aşiq olan Adonisin filmin ikinci hissəsində övladı dünyaya gəlib.


Xəbərə aid fotolar