Avropa İttifaqının dinə ən az meyilli xalqları


Digərləri 09 Yan 2019 08:28:00 270 0

Avropa İttifaqının dinə ən az meyilli xalqları

"Pew Research Center" İnstitutunun məlumatına görə, Çexoslovakiyada kommunist rejiminin süqutundan sonra ölkədə rəsmi şəkildə qeydiyyata alınan dinlərdən birinə sitayiş edən vətəndaşların sayı iki milyon azalıb. Estonlar və danimarkalılarla yanaşı, çexlər Avropanın dinə az meyilli xalqı hesab edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya əhalisinin yalnız 8 faizi özünü "çox dindar" adlandırır, çexlərin 9 faizi isə hər gün Tanrıya dua edir.