Bakıda "McDonald's"ın binasına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib


Digərləri 09 Yan 2019 07:14:00 204 0

Bakıda "McDonald's"ın binasına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Qeyd edək ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyib.