Danimarkada 9 yeni süni ada yaradılacaq


Digərləri 09 Yan 2019 01:30:00 246 0

Danimarkada 9 yeni süni ada yaradılacaq

Danimarka paytaxtında 9 yeni süni ada yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin hökuməti Kopenhagen sənaye rayonunun genişləndirilməsi və yeni investisiyaların cəlb olunması üçün yanvarın 7-də doqquz yeni süni adanın yaradılması planını dəstəkləyib.

Hökumətin planına görə, yeni layihə 3 milyon kvadratmetr ərazini əhatə edəcək. Gözlənildiyinə görə, layihənin reallaşdırılmasına təqribən 380 müəssisə cəlb ediləcək, 12 min iş yeri yaradılacaq. Ölkə iqtisadiyyatı 8 milyard dollardan çox artacaq ki, bu da Danimarkada ümumi daxili məhsulun 2,5 faizinə bərabərdir. Adaların yaradılması Kopenhagen və Xvidovr şəhərləri bələdiyyələri, habelə bir sıra pensiya şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Kopenhagendən olan məişət tullantılarından bioqaz istehsal etmək, çirkab suları təmizləmək və külək dəyirmanlarının ekoloji təmiz enerjisini toplamaq üçün adalardan birində zavod inşa ediləcək. Digər adalarda sənaye şirkətləri üçün yerlər yaradılacaq.

Tikinti 2022-ci ildə başlaya, layihə isə 2040-cı il üçün tam reallaşa bilər.