Quranın nəzərinə görə dünyanın yaradılış mərhələləri


Digərləri 08 Yan 2019 23:55:00 248 0

Quranın nəzərinə görə dünyanın yaradılış mərhələləri

Kainatın yaradılışı. "Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət)taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə)yaradan Odur. Və əgər "siz öldükdən sonra mütləq dirildiləcəksiniz" desən, kafirlər "bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil" deyəcəklər". ("Hud" 7).

"Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir". ("Fussilət" 12).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayədən göründüyü kimi, Allah səmanı qazların vasitəsilə iki mərhələdə xəlq etmişdir. Onu cazibə qüvvəsi ilə möhkəmləndirmişdir.

Ulduzların yaradılışı. "Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik". ("Saffat" 6). Bu ayənin təfsirində yazırlar ki, milyonlarla qaz və tüstü böyük buludlar şəklində bir-birinin ətrafında toplaşır və maddənin zərrələri həmin buludun mərkəzinə tərəf cəzb olunur. Nəhayət, bu böyük buludlar bir-birinə yaxınlaşır və maddə zərrələrini bir-birinə yaxınlaşdırırlar. Bu zərrələr birləşir və özündən istilik ayırır. Bəzən buludların arasında istilik o qədər şiddətlənir ki, nur meydana gəlir və hərtərəfi işıqlandırır. Nəhayət milyonlarla bulud ulduzları əmələ gətirir.

Günəşin yaradılışı. "Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi". ("Nuh" 16). Qatı qaz buludları bir-birinin ətrafında fırlanır və bu fırlanma nəticəsində aralarında nur görünür.