Bakıda binada yanğın: 33 nəfər təxliyə olundu


Digərləri 08 Yan 2019 23:11:00 198 0

Bakıda binada yanğın: 33 nəfər təxliyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Binanın şaxtasından keçən elektrik naqilləri 27 p.m və pilləkən qəfəsində quraşdırılmış 50 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 33 nəfər, o cümlədən 8 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.