Rusiya hərbi polisi Mənbicdə patrula başlayıb


Dünya 08 Yan 2019 22:09:00 222 0

Rusiya hərbi polisi Mənbicdə patrula başlayıb

Rusiya hərbi polisi Suriyanın Mənbic şəhərində patrula başlayaraq, əvvəllər ABŞ-ın dəstəklədiyi kürd birləşmələrinin nəzarətində olan ərazilərə daxil olub.

Bu barədə Rusiya hərbi polisinin sözçüsü Yusup Mamatov Rusiya televiziyasında çıxışı zamanı açıqlama verib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Rusiya hərbi qüvvələri bu yaxınlarda Türkiyə ilə sərhədə yaxın Mənbicə yerləşdirilmiş Suriya hökumət qüvvələrinə dəstək göstərir.

Türkiyə hərbi qüvvələri tərəfindən Mənbicə hücumdan ehtiyat edən kürd döyüşçülər keçən ayın sonunda Suriya rejiminin hərbi qüvvələrini əraziyə dəvət edib. Bu addım ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların əsgəri qüvvənin Suriyadan çıxarılacağını elan etməsindən sonra atılıb.