İnsan bir günə nə qədər duz qəbul edə bilər?


Digərləri 08 Yan 2019 21:05:00 430 0

İnsan bir günə nə qədər duz qəbul edə bilər?

Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova deyib. O, xəstəliyin profilaktikası barədə bunları söyləyib: "Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin. Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki əsas etibarilə ürək problemləri və ani hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.