Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb


Dünya 08 Yan 2019 17:54:00 210 0

Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb

Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

Son.az report-a istinadən xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə "donuz qripi" adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.