Təranə Səmədova yenə azadlığa çıxa bilmədi


Şou-biznes 08 Yan 2019 17:39:00 276 0

Təranə Səmədova yenə azadlığa çıxa bilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Son.az axşam.az-a istinadən bildirir ki, müvəkkilin vəkili Janna Bağırovanın qaldırdığı vəsatət üzrə işə baxılıb.

Vəsatət təmin edilməyib. Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.