Prokuror Bakıda keçmiş qayınatasını öldürən şəxsə


Digərləri 08 Yan 2019 16:54:00 234 0

Prokuror Bakıda keçmiş qayınatasını öldürən şəxsə

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror S.Şabanovun 19 il azadlıqdan məhrum edilməsini tələb edib.

Proses yanvarın 15-də davam edəcək.