Xaçmazda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)


Digərləri 08 Yan 2019 16:45:00 202 0

Xaçmazda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 1 ədəd sellofan torbada 450 qram qurudulmuş marixuana, 4 ədəd sellofan və 7 ədəd siqaret kağızı bükümdə ümumi çəkisi 2 qrama yaxın olan heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.