Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan


Digərləri 08 Yan 2019 16:04:00 241 0

Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Beynəlxalq Bankın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu deyib.

Nümayəndə bildirib ki, dəymiş zərərdən banka yalnız 3 milyon manat pul ödənilib.

Mülki iddia icraata götürülüb.