Avropa İttifaqının Vaşinqton nümayəndəliyinin statusu azaldılıb


Dünya 08 Yan 2019 15:14:00 234 0

Avropa İttifaqının Vaşinqton nümayəndəliyinin statusu azaldılıb

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Avropa İttifaqının (Aİ) Vaşinqtondakı nümayəndəliyinin diplomatik statusunu rəsmən xəbərdar etmədən üzv dövlətdən beynəlxalq təşkilat səviyyəsinədək azaldıb.

Son.az report-a istinadən xəbər verir ki, Aİ təmsilçisinin dediyinə görə, bu addım təşkilatın rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb və Aİ-nin cavab tədbirləri müzakirə olunur.

Nümayəndəliyin əməkdaşları ötən ilin təqribən oktyabr ayının sonu - noyabrın əvvəllərində Vaşinqtonda keçirilən tədbirlərə nümayəndəlik rəhbərinin dəvət olunmadığını, çox güman ki, status dəyişilkiyinin elə həmin ərəfəyə təsadüf etdiyini bildiriblər. Konkret olaraq isə yeni status daşıdıqlarından dekabr ayında sabiq Prezident ata Corc Buşun dəfn mərasiminin təşkilatçılarına müraciət edərkən xəbər tutublar.