“National Interest”: ABŞ Əfqanıstan müharibəsini uduzub


Dünya 08 Yan 2019 13:47:00 212 0

“National Interest”: ABŞ Əfqanıstan müharibəsini uduzub

Donald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın nüfuzlu "National Interest" dərgisində məqalə dərc olunub.

Müəllifin sözlərinə görə, ABŞ-ın məğlub olduğu müharibəyə son qoymaq cəhdləri təqdirəlayiq olsa da, Tramp administrasiyası hərbi kontingentin Əfqanıstandan çıxarılacağı təqdirdə bunun ağır fəsadlara yol açacağı kimi xam xəyallara qapılmamalıdır.