Ermənistanda sosial problemlər daha da çoxalır


Dünya 08 Yan 2019 12:48:00 203 0

Ermənistanda sosial problemlər daha da çoxalır

Cari ildən Yerevan Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 deyil, 165 dollar ödəyəcək. Artıq fevraldan etibarən əhali istehlak etdiyi mavi yanacağın hər kubmetrinə görə əlavə vəsait xərcləməli olacaq.

Son.az AZƏRTAC -a istinadla xəbər verir ki, ekspertlər bunun Nikol Paşinyan hökuməti üçün yeni problemlər yaradacağını bildirirlər. Rəsmi Yerevan isə vətəndaşlara hələlik bu barədə dəqiq məlumat vermir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı xalqı əmin etməyə çalışıb ki, danışıqlar aparılır və qiymətlərin qalxmaması üçün əlindən gələni etməyə çalışır.