Enerji içkiləri bahalaşdı


Digərləri 08 Yan 2019 12:18:00 245 0

Enerji içkiləri bahalaşdı

Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub. 

Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.

"Qafqazinfo" 2019-cu ildən energetik içkilərin qiymətlərinin gözlənilən yeni siyahısını əldə edib: 

Bizon 0.25l: cari qiyməti 80 qəpik, yeni qiyməti 1.50 qəpik;

Bizon 0,5l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;

Hell 0,25 l: cari qiyməti 1 manat, yeni qiyməti 2 manat;

Yaguar 0,5 l: cari qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;