"Bu gün Almaniyada demokratiyanın qara günüdür" FOTO


Dünya 08 Yan 2019 12:05:12 198 0

"Bu gün Almaniyada demokratiyanın qara günüdür"  FOTO

Bu gün Almaniyada demokratiyanın qara günüdür.

Son.az Mirror-a istinadla xəbər verir ki, Almaniyada partiya sədrinə hücum edilib.

Almaniyanın ifrat sağçı partiyası AfD-nin (Almaniya üçün Alternativ) sədri Frank Magnitz 3 nəfər tərəfindən döyülüb.

Partiyanın rəsmi Facebook səhifəsində onun xəstəxanada yaralı vəziyyətdə çəkilən şəkli paylaşılıb, ona qarşı "sui-qəsdin" təşkil olunduğu qeyd edilib. Bildirilib ki, partiya rəhbərinə kömək edən olmasa, öldürəcəklərmiş.

Sosial şəbəkələrdə yayılan fotolarda Magnitzin başı yarılıb, qaşı partlayıb, gözünün altı göyərib və şişib. Onun hazırda şüursuz vəziyyətdə olduğu deyilir.


Xəbərə aid foto