Hindistanda 200 milyona yaxın insan etiraz edir


Dünya 08 Yan 2019 11:40:00 202 0

Hindistanda 200 milyona yaxın insan etiraz edir

Hindistanda 200 milyona yaxın insan bir sıra ümummilli həmkarlar ittifaqları və solçu hərəkatların çağırışı ilə bu gün başlayan ikigünlük ümummilli tətildə iştirak edir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı aksiyaların təşkilatçıları olan həmkarlar ittifaqlarının rəhbərlərinə istinadən məlumat yayıb.

Etirazçılar sənayenin müxtəlif sahələrində minimum əmək haqqı və pensiyaların artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, işsiz gənclər üçün iş yerlərinin təmin edilməsini və s. tələb edirlər.

Etiraz aksiyasının iştirakçıları hökuməti işçilərin maraqlarını qorumaqdan imtina etməkdə günahlandırırlar. Aksiyaya bəzi kəndli və fermer birlikləri də qoşulub.