Mina “O səs”dən niyə getdi? “Seda Sayan mənə zəng vurdu...”


Şou-biznes 08 Yan 2019 11:04:00 932 0

Mina “O səs”dən niyə getdi?  “Seda Sayan mənə zəng vurdu...”

Müğənni Mina Hüseyn “O Səs Türkiyə”dən kənarlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib

Müğənni Mina Hüseyn "O Səs Türkiyə"dən kənarlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Mina qafqazinfo-ya açıqlamasında qeyd edib ki, yarışmadan "Maşın" realiti şousuna görə uzaqlaşdırılmayıb.

O, səs-küylü yarışmadan öz istəyi ilə ayrılıb:

"Münsif Seda Sayan mənə zəng vurdu. Özü şəxsən əlaqə saxlayıb dedi ki, Azərbaycanda sözünü demiş müğənnisən, sadəcə olaraq, efirə gəldin, bir daha özünü təsdiqlədin ki, yaddan çıxmamısan. Seda Sayan qeyd etdi ki, ikinci dəfə "O səs"ə qayıtmağının mənası yoxdur. Niyə görə? Bunun səbəbini də dedi. Bildirdi ki, 4-5 efirdən sonra uduzacaqsan, ehtiyac yoxdur. "Özüm veriliş açacağam, ora səni qonaq çağıracam" - deyə mənə bildirdi. Mən də belə qərara gəldim ki, getməyim. İkinci mərhələdə iştirakıma görə hər şey etmişdilər, hətta bilet də almışdılar. Amma imtina etdim.