Berlin aeroportlarında tətil:


Dünya 08 Yan 2019 09:22:00 252 0

Berlin aeroportlarında tətil:

Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi səbəbindən onlarla reys ləğv edilib və ya gecikib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bundan əvvəl Almaniyanın "Verdi" Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə tətil etməyə çağırmışdı.

Bir çox sərnişinlər əvvəlcədən tətil barədə məlumatlandırılıb. Tətil ən azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslərin göndərilməsində çətinlik yaranıb, 25 uçuş təxirə salınıb. Bununla belə, tətilin nəticə vermədiyi bildirilir.