LG G8də ekranın özü səsi generasiya edəcək


Digərləri 08 Yan 2019 08:41:00 228 0

LG G8də ekranın özü səsi generasiya edəcək

OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən LG G8 flaqman smartfonu əvvəlki modellər kimi olmayacaq. Belə ki, smartfonun əsas özəlliyi, onun Sound on Display texnologiyasında olacaq. Bu texnologiya öz növbəsində smartfonda səsgücləndiricidən imtina etməyə imkan verir və bunun sayəsində daha böyük ölçülü ekrandan istifadə üçün şərait yaradır. Bununla belə səsgücləndiricilərin olmamasına görə səs ekranın özündən gəlir.

Son.az technote.az-a istinadən bildirir ki, ekran vibrasiyalar və insanın sümük keçiriciliyi (insanın kəllə sümüyü vasitəsilə daxili qulağa səsin ötürülməsi) vasitəsilə səsi generasiya edəcək. LG G8-də şirkətin öz texnologiyasından və ya Samsung-un texnologiyasından istifadə ediləcəyi hələki bilinmir. Qeyd etmək lazımdır ki, Samsung artıq uzun müddətdir ki, bu texnologiya üzərində çalışır.