"MasterCard" öz loqotipindən şirkətin adını çıxardır VİDEO FOTO


Digərləri 08 Yan 2019 08:40:00 213 0

"MasterCard" öz loqotipindən şirkətin adını çıxardır  VİDEO  FOTO

"MasterCard" ödəmə sistemi öz loqotipindən şirkətin adını götürəcək. Onun üzərində yalnız bir-biri ilə kəsişən qırmızı və sarı dairələr qalacaq.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.

Dairələr 50 ildən çox müddət ərzində ödəmə sisteminin brendin insanları qiyməti olmayan vasitələr hesabına birləşdirmək vədini rəmzləşdirən fərqləndirici nişanı olub.

Məlumatda bildirilir ki, dairələr insanları istəklərinə yaxınlaşdırır və onların pul köçürmələrinin təhlükəsiz olduğuna əminlik yaradır.


Xəbərə aid fotolar