Toxunmadan smartfondan istifadə mümkündürmü?


Digərləri 08 Yan 2019 08:21:00 212 0

Toxunmadan smartfondan istifadə mümkündürmü?

Onlayn alış-veriş, sabahın hava proqnozu, tekst mesajların göndərilməsi. Bu, insanların telefonlarında gördükləri işlərin bəziləridir. Bəs əgər sənin motor hərəkətləri qüsurun varsa, telefonu əlində saxlaya və ya toxuna bilmirsənsə, onda necə?

Jinronq Şa, Tədqiqat alimi, Ebay: "Bu gün belə insanlar üçün telefonlarından istifadə demək olar ki, mümkünsüzdür."

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, eBay-in tədqiqat alimi Jinronq Şa İnternetdən məhsul almaq istəyən, lakin telefonu əlində saxlaya bilməyən və səsli idarəetmə sistemi ilə problem olan praktikantla çalışdığı bir zaman bu problemlə çıxış yolu tapmağa çalışırdı.

Nəticədə Ebay-in HeadGaze məhsulu dünaya gəldi. HeadGaze smatfonun kamerası ilə başın hərəkətlərini izləyə bilir.

Jinronq Şa: "Bu ekranda kursoru hərəkət etdirmək üçün siçandan istifadəyə bənzəyir. Biz 3D formada başın duruşunu müəyyən edirik, sonra bəzi riyazi hesablamalarla onu 2D ekrana keçiririk və telefon sizin hara baxdığınıız müəyyən edir."