Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib


Dünya 08 Yan 2019 08:22:00 210 0

Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin bəyanatına istinadən xəbər verir.

Ağ Evin məlumatında deyilir: "İki ölkə lideri İŞİD terror qruplaşmasının məhv edilməsinə ümumi sadiqliyi təsdiq edərək Suriyadakı vəziyyəti və ABŞ qoşunlarının Suriyadan qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş çıxarılması planını müzakirə ediblər".