Məşhur aktrisa Çağatay Ulusoyla sevişmə səhnələrindən danışdı FOTO


Digərləri 07 Yan 2019 23:36:00 315 0

Məşhur aktrisa Çağatay Ulusoyla sevişmə səhnələrindən danışdı  FOTO

Çağatay Ulusoyla "Netflix"də yayımlanan "Muhafiz" serialında tərəf müqabili olan aktrisa Ayça Ayşin Turanla intim səhnələri haqqında danışıb.

Son.az xəbər verir ki, "MAG" jurnalına verdiyi müsahibədə açıq-saçıq səhnələrdən danışan aktrisa ailəsinin onu hər zaman dəstəklədiyini qeyd edib.

Ayça Ayşin Turan bildirib ki, sevişmə səhnələri onun qoyduğu bəzi qaydalar əsasında lentə alınıb.

- Siz gənc yaşda olmağımıza baxmayaraq, sektorun böyük səs-küy gətirən layihələrində iştirak etdiniz. Bəs aktrisalıq fəaliyyətinə necə başladınız?

- Aktyorluğun məni seçmiş bir macəra olduğunu deyə bilərəm. İstanbula Universitet təhsili üçün gəlmişdim. Daha sonra kamera arxasından kamera önünə transfer oldum və beləliklə, aktrisalıq karyeram başladı.

- Qara Dəniz bölgəsində yaşayan ailənin qızı olaraq doğmalarınız seçiminizi necə qarşıladı?

- Düşünmürəm ki, Qara dənizli, Mərmərəli, Egeyli və ya başqa hər hansı bölgədən olmağın aktrisalıq karyerası arasında bir əlaqəsi var. Lakin anam, atam və qardaşlarım mənə inanmasaydı, yəqin ki, bu qədər cəsarətli olmazdım.


Xəbərə aid fotolar