2019cu ildə Düşənbədə Orta Asiyanın ən böyük məscidi açılacaq


Dünya 07 Yan 2019 22:50:00 217 0

2019cu ildə Düşənbədə Orta Asiyanın ən böyük məscidi açılacaq

Tacikistanın paytaxtı Düşənbədə Orta Asiya ərazisində ən böyük məscidin tikintisi bağlı işlər sona yaxınlaşır. Bu dini kompleksin cari ildə avqust ayında açılması planlaşdırırlır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon 2016-cı ilin oktyabr ayında bu məscidin bünövrəsinə ilk daşı qoyub. O vaxt Hənəfilər məzhəbinin banisi İmam Əbu Hənifənin anadan olmasının 1310 illiyi bütün dünyada qeyd edilirdi. Təməlqoyma mərasimindən iki il sonra məscidin tikintisi ilə bağlı işlər başlanıb.

Məscidin layihəsi Tacikistandan və Qətərdən olan mütəxəssislərin birgə səyləri ilə hazırlanıb. Memarlar bu layihəni hazırlayarkən həm Tacikistanın memarlıq ənənələrini, həm də dünya təcrübəsini nəzərə alıblar.