Moskvada II Dünya müharibəsi dövründən qalan aviabomba aşkar edilib


Dünya 07 Yan 2019 22:44:00 249 0

Moskvada II Dünya müharibəsi dövründən qalan aviabomba aşkar edilib

Moskvanın cənubunda torpaqqazma işləri zamanı II Dünya müharibəsi dövründən qalan aviabomba aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aviabomba Krivorojsk yolunda tapılıb. Torpaqqazma işləri aparılan ərazidə yaşayış binaları yoxdur. Mütəxəssislər bombanı təhlükəsiz yerə apararaq zərərsizləşdirəcəklər.