Kivinin saymaqla bitməyən faydaları


Digərləri 07 Yan 2019 22:02:00 327 0

Kivinin saymaqla bitməyən faydaları

Kivinin vətəni Çindir. Bu meyvə yalnız 20-ci əsrin ortalarından dünyada tanınmağa başlayıb.

Lakin buna baxmayaraq kivi hal hazırda ən sevilən meyvələrdən biridir. Qeyri-adi xoş dada malik olan bu meyvə həmçinin çox faydalıdır.

Son.az saglamolun.az-a istinadən kivinin faydalarını təqdim edir:

1. Tərkibində olan C vitamininə görə kivi əsl çempiondur. Sitrus meyvələrində bu vitamin daha azdır. Belə ki, gün ərzində yalnız 1 kivini yeməklə orqanizmin C vitamininə olan tələbatını tam ödəmək olar.

C vitamini damarlarımızı qoruyur, onları elastik və möhkəm edir və bununla da infarkt və insultun riskini azaldır.

2. Kivi kaliumla zəngindir. Kalium üzəyin normal fəaliyyəti üçün ən vacib olan mineraldır.

3. Tərkibində kalium və qidalı liflərin olduğuna görə kivi bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Həkimlər qəbizlikdən əziyyət çəkənlərə yatmazdan əvvəl 2 kivi yeməyi tövsiyə edirlər.