Tanınmış müğənni səhnədə pərəstişkarını dəfələrlə öpdü VİDEO FOTO


Digərləri 07 Yan 2019 22:05:00 251 0

Tanınmış müğənni səhnədə pərəstişkarını dəfələrlə öpdü  VİDEO  FOTO

ABŞ-da xüsusilə Hollivud ulduzlarına qarşı təcavüz qalmaqallarının davam etdiyi bir vaxtda tanınmış repçi Dreykin bu yaxınlarda çəkilən görüntüləri ortaya çıxıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, sosial mediada paylaşılan videoda Dreyk 17 yaşı olduğunu bildiyi bir pərəstişkarını səhnəyə çıxarır.

Gənc qızla erotik rəqs edib onu öpən Dreyk tamaşaçılara çevrilərək "Ağlımı başımdan aldı, başım bəlaya düşəcək. Demək 17 yaşın var, həbsə düşmək istəmirəm. Niyə bu qədər gözəlsən" deyib.

32 yaşlı Dreyk daha sonra qızla yenidən rəqs edir və onu öpür. Dreyk pərəstişkarının boynundan, yanağından və alnından öpdükdən sonra dodaq-dodağa öpüşməyə başlayırlar.


Xəbərə aid fotolar