Nar qabığı bu xəstəlikləri müalicə edir


Digərləri 07 Yan 2019 21:35:00 545 0

Nar qabığı bu xəstəlikləri müalicə edir

Nar yeyəndən sonra qabığını atırsınız? Artıq atmayacaqsınız.

Son.az bildirir ki, bütün həkimlərin əcdadı sayılan Hippokrat bu meyvənin qabığı ilə açıq yaraları sağaldırdı.

Nar qabığı yüksək büzücü xüsusiyyətlərə malikdir. O, babasil zamanı yaxşı kömək edir. Qurudulmuş nar qabığının tozunu dəmləyib, süzün kiçik vannaya tökün və bu vannada 15 dəqiqə oturun. Bu babasil zamanı çox faydalıdır.

Nar qabıqlarının dəmləməsi ayaqların tərləməsi və pis ayaq qoxusu zamanı da kömək edir. Qabıqları dəmləyin və bu dəmləmə ilə ayaq vannaları edin. 

Nar qabığının məhlulu həmçinin tökülmüş saçları bərpa edir, kəpəyin qarşısını alır. Onunla üzünüzü yusanız, dəriniz də mərmər kimi təmiz olacaq, cavanlaşacaq.