İnsanların gözü qarşısında qan tökənlərlə bağlı tədbirlər görüldü


Digərləri 07 Yan 2019 19:01:15 210 0

İnsanların gözü qarşısında qan tökənlərlə bağlı tədbirlər görüldü

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir.

AQTA-dan Son.az-a verilən məlumata görə, bununla bağlı olaraq Agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir. Bununla bağlı olaraq agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib.

Odur ki, reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərtə tutulmuş inzibati tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Son.az  


Xəbərə aid fotolar