Türkiyədə gəmi qəzasında həlak olan və itkin düşən azərbaycanlıların adları açıqlanıb -RƏSMİ


Digərləri 07 Yan 2019 17:28:16 410 0

Türkiyədə gəmi qəzasında həlak olan və itkin düşən azərbaycanlıların adları açıqlanıb -RƏSMİ

Dövlət Dəniz Agentliyi Türkiyədə baş verən gəmi qəzası ilə bağlı məlumat yayıb.

Bakı. Dövlət Dəniz Agentliyi Türkiyədə baş verən gəmi qəzası ilə bağlı məlumat yayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.