Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb


Digərləri 07 Yan 2019 16:38:00 429 0

Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.