“Bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür”


Digərləri 07 Yan 2019 16:07:00 446 0

“Bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür”

Son.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadənin report-a müsahibəsini təqdim edir:

- Azərbaycanda məişət zorakılığının, əsasən, hansı növünə rast gəlinir? Əsas səbəb nədir?

- Zorakılıqlar iki yerə ayrılır: məişət və qeyri-məişət zəminində törədilənlər. Məişət zorakılığı isə psixoloji, cinsi, iqtisadi və fiziki olaraq 4 növə bölünür. Bu növlərə baxmayaraq, insanların yaddaşında daha çox fiziki tərəf qalır. Zorakılığın bütün növləri bir-biri ilə əlaqəlidir. Hər şeydən öncə fərdlər arasında psixoloji mühit yaranır, psixoloji zorakılıq törədilir, iş daha da  böyüyən hala gələndə artıq fiziki zorakılıq faktı baş verir.

Yəni zorakılıq bir günün məsələsi deyil, illərlə yığılmış nifrət və aqressiyadır. Bu illər tərəfləri o həddə gətirir ki, artıq bir-birlərinə fiziki xəsarət yetirirlər. Cinayət faktı qeydə alınanda cinayətkar öz cəzasını çəkir, qalan ailə üzvlərinə isə həm yerli icra hakimiyyətləri, həm də yerli qurumlar psixoloji yardım edir.

Azərbaycanda məişət zorakılığının fiziki tərəfinə daha çox diqqət yetirilir. İnsanlar fikirləşirlər ki, ancaq kimisə döymək zorakılıqdır. Fiziki zorakılığın nəticəsi göz önündə olur, bu zaman xəsarət olur. Digərlərini isə gözlə görmək olmur.

- Son illər fiziki zorakılığın sayında artım və ya azalma varmı?

- Son illər Azərbaycanda fiziki zorakılığın sayı azalıb. Səbəbi də ondan ibarətdir ki, insanlar artıq fiziki zorakılığa qədər olan proseslərdə müvafiq qurumlara müraciət edirlər.

Əvvəllər bıçaq sümüyə dirənənə qədər o proseslər olurdu. Amma artıq insanlar daha tez reaksiya verirlər, belə olanda fiziki zorakılığa qədər gəlib çıxmır.

İnsanlar artıq öz hüquqlarını öyrənməyə başlayıblar. Bunda təbii ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələr böyük rol oynayır. Maarifləndirmənin müsbət nəticələri artıq görünür. Artıq vətəndaş başa düşməlidir ki, zorakılığın ilk mərhələsində hərəkətə keçmək lazımdır, son səviyyəyə gətirib çıxartmaq olmaz.

- Adətən, fiziki zorakılığı daha çox kişilər edir, bəs Azərbaycanda fiziki zorakılıq törədən qadınlar çoxdurmu?