İranın xarici işlər naziri Hindistana gedir


Dünya 07 Yan 2019 15:45:00 179 0

İranın xarici işlər naziri Hindistana gedir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük iqtisadi heyətin, o cümlədən İran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədri Qulamhüseyn Şafeinin müşayiəti ilə bu gün Hindistana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, 4 günlük səfər çərçivəsində özəl sektorun nümayəndələri ilə müzakirələr, Hindistanın Sənaye Konfederasiyası ilə əməkdaşlıq memorandumunun imzalanması və İran-Hindistan birgə palatasının təşkil olunması haqda məsləhətləşmələr aparılacaq.

Səfər zamanı ticarət, bank, nəqliyyat və gömrük maneələrinin müəyyənləşdirilməsi və aradan qaldırılması, İran və Hindistanın üstün ticarət anlaşması və Çabəhar limanında birgə investisiya haqda müzakirələr aparılacaq.