Ermənistanda hərbi sahədə xaos hökm sürür


Dünya 07 Yan 2019 15:49:00 216 0

Ermənistanda hərbi sahədə xaos hökm sürür

Dərin iqtisadi böhran içində olan Ermənistanda hərbi sahədə də xaos hökm sürür. Bunun nəticəsində fərarililik, intihar hallarının sayı artır. Hərbi hissələrdə, həmçinin epidemiya tüğyan edir. Səksənə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Ötən ilin dekabr ayı ərzində düşmən ordusu daha yeddi hərbçisini itirib. Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə "Gümrü" aerodromunda təlim uçuşlarını yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Dekabrın 15 günü ərzində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən yaralananların sayı isə 10 nəfər olub. Epidemiya, soyuqların düşməsi və qar yağması aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün bəlaya çevrilib. Əsgərlər müxtəlif virus xəstəliklərindən əziyyət çəkirlər.