Azərbaycanda 200dən çox yaşayış məntəqəsi 89 ballıq zəlzələ riski olan ərazidə yerləşir


Digərləri 07 Yan 2019 15:32:00 231 0

Azərbaycanda 200dən çox yaşayış məntəqəsi 89 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.

Son.az xəbər verir ki, Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb.

Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:

"Azərbaycanın iqtisadi gücünün - sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür".