Qazaxda eksko­va­­tor snayperdən atəşə tutulub (FOTO)


Digərləri 07 Yan 2019 15:18:00 226 0

Qazaxda eksko­va­­tor snayperdən atəşə tutulub (FOTO)

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Bakı. Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir. Dövlət Sərhəd Xidmə­tindən Trend-ə verilən məlumata görə, yanvar ayının əvvəlindən hal-hazıradək Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.