Azərbaycanlı müğənni ABŞda akademiyaya qəbul oldu FOTO


Şou-biznes 07 Yan 2019 14:55:00 426 0

Azərbaycanlı müğənni ABŞda akademiyaya qəbul oldu  FOTO

Müğənni Səbinə Əsgərova "The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olub

Müğənni Səbinə Əsgərova "The American Academy of Dramatic Arts"ın ilk azərbaycanlı tələbəsi olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkədə məlumat yayıb. O, təhsili ilə bağlı Los-Ancelesə köçəcəyini qeyd edib:

"Həyatımın bir neçə ilini bu akademiyada keçirəcəm. Neçə aydır başım imtahanlara qarışmışdı. Nəhayət ki, əla nəticə aldım və qəbul oldum. Hobbi kimi başqa, amma bu işi dərindən öyrənmək istəyirəm. Çoxdan düşündüyüm, amma hər zaman ertələdiyim arzumu həyata keçirdim".


Xəbərə aid fotolar