Azərbaycanda görməsində, danışığında və onurğasında problemlər aşkarlanan uşaqların sayı artıb


Digərləri 07 Yan 2019 14:40:04 179 0

Azərbaycanda görməsində, danışığında və onurğasında problemlər aşkarlanan uşaqların sayı artıb

Azərbaycanda son illər ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətində, danışığında və onurğa sütununda problemlər aşkarlanan uşaqların sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.

2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.