Arvadına sataşdığına görə 2 qardaşı avtomobildə güllələdi


Digərləri 07 Yan 2019 13:15:00 218 0

Arvadına sataşdığına görə 2 qardaşı avtomobildə güllələdi

Həyat yoldaşına sataşdığına görə 2 qardaşı avtomobildə güllələyərək öldürən şəxsin məhkəməsi başlayır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Tərlanov Zaur Ənvər oğlunun məhkəmə prosesi yanvar ayının 17-də Ali Məhkəmənin hakimi Fərhad Əliyev tərəfindən keçiriləcək. 

Qeyd edək ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb. Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib. 


Xəbərə aid fotolar