Qaraçuxurda iki avtomobil toqquşdu, ölən var


Digərləri 07 Yan 2019 12:15:00 228 0

Qaraçuxurda iki avtomobil toqquşdu, ölən var

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 5-də saat 14 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elşən Hacıyevin idarə etdiyi “Mercedes” və Kənan İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə E.Hacıyev hadisə yerində ölüb.