Tramp ilə Kim Çen Inın növbəti görüşünün mümkün yeri açıqlandı


Dünya 07 Yan 2019 11:48:00 221 0

Tramp ilə Kim Çen Inın növbəti görüşünün mümkün yeri açıqlandı

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

Son.az bu barədə report-a istinadən xəbər verir.

İki ölkənin nümayəndələrinin Hanoydakı görüşdə mümkün sammitin vaxtını müzakirə etdiyi bildirilir.

Qeyd olunur ki, ABŞ tərəfi iki liderin görüşünün mümkün məkanı kimi İndoneziya, Monqolustan, Havay adalarını, eləcə də Şimali və Cənubi Koreyanın sərhədindəki Pxanmuncom sərhəd məntəqəsini nəzərdən keçirir.